Press "Enter" to skip to content

“Milli musiqi gecəsi” adlı konsert

Konsertdən görüntü

BAYRAQDAR MEDİA – Fevralın 28-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeydə növbəti konsert keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə deyilir ki, ““Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub. Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər”.

Böyük maraqla qarşılanan konsert proqramı, həmçinin “Salam, Novruz!” sərgisində nümayiş etdirilən milli musiqi alətləri təsvir olunmuş əsərlər haqqında tematik ekskursiya ilə müşayiət olunub.

Mission News Theme by Compete Themes.