Press "Enter" to skip to content

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert

Konsert olacaq

BAYRAQDAR MEDİA – Martın 7-si saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konserti keçiriləcək.

Bədii rəhbəri və baş hərbi dirijoru Əməkdar incəsənət xadimi, polkovnik Dos. Rüfət Axunzadə olan konsertin solistləri Aynur İsgəndərli, Nərmin Abdullayeva, Günay Qasımova, Afət Cavadova, Arslan Növrəsli, Kənan Qədimov, Fərhad Cəfərov, Rauf Muradov və Əməkdar artist Xəyyam Mustafazadədir.

Konsertə giriş sərbəstdir.

Mission News Theme by Compete Themes.