Press "Enter" to skip to content

Milanda Azərbaycan klassik musiqisi

Konsert zamanı

Son yeniləmə: 6 Mart 2024 14:20

BAYRAQDAR MEDİA – İtaliyanın Milan şəhəri görkəmli bəstəkarlarımızın klassik əsərlərinin səsləndirildiyi “Musiqi sərhəd tanımır” adlı konsert proqramına ev sahibliyi edib.

Konsert proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı, eləcə də Avropada yaşayan və Azərbaycandan olan musiqiçilərin iştiraki ilə keçirilib.

Komitədən verilən məlumata görə, “Villa Clerici” incəsənət muzeyinin konsert salonundaTofiq Quliyev, Qara Qarayev,Fikrət Əmirov,Vaqif Mustafazadə,Vasif Adıgözəlovun və digər görkəmli Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib: “Tədbirdə çıxış edən italyan mədəniyyət xadimi Ancelo Montovani qonaqlara Azərbaycan mədəniyyəti, musiqisi barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycan dünya səhnəsində öz musiqisi ilə seçilir və musiqi sənətimiz çoxəsrlik zəngin inkişaf yolu keçib”.

Məlumata əsasən, Almaniyanın Düsseldorf şəhərində yaşayan azərbaycanlı piano ifaçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Səbinə Məmmədovanın, İtaliyanın Milan şəhərində yaşayan opera müğənnisi Çinarə Şirinin və tarzən Sahib Paşazadənin ifası qonaqlar tərəfindən böyük heyranlıqla və alqışlarla qarşılanıb: “Qeyd edək ki,Azərbaycan musiqisinin təbliği məqsədiləAzərbaycan diasporunun təşəbbüsü və təşkilatçılığı ilə xarici ölkələrdə mütəmadi olaraq müxtəlifkonsert proqramları təşkil edilir”.

Mission News Theme by Compete Themes.