Press "Enter" to skip to content

“Manas” filminin çəkilişləri – VİDEO

Yaradıcı heyət

Son yeniləmə: 7 Mart 2024 12:37

Artıq beynəlxalq şirkətlə müqavilə imzalanıb

BAYRAQDAR MEDİA – Hollivud (ABŞ), Fransa, Türkiyə və Çin kino şirkətləri arasında 3 saatlıq “Manas” bədii filminin birgə çəkilişləri ilə bağlı danışıqlar yekun mərhələdədir.

Bu barədə vb.kg saytına filmin prodüseri və ssenari müəllifi Omurzak Tolobekov məlumat verib. Onun sözlərinə görə, beynəlxalq şirkət artıq müqavilə imzalayıb.

“Beynəlxalq korporasiyanın dəstəyi ilə “Manas” filminin birgə çəkilişləri üçün Türkiyənin beynəlxalq “Star Life” şirkətinin prodüseri Serdal Kara ilə müqavilə imzalanıb. Yaxın vaxtlarda Hollivud, Fransa və Çinin kino şirkətləri də müqavilə imzalayacaq. Maliyyə məsələsi praktiki olaraq həll olunub. Ehtimallara görə, 150 milyon dollar ayrılacaq”, – deyə Omurzak Tolobekov bildirib.

Mission News Theme by Compete Themes.