Press "Enter" to skip to content

Elif Buse Doğan Denizlililəri coşdurdu

Osman Zolan Elif Buse Doğana xatirə hədiyyəsi təqdim edərkən

Son yeniləmə: 12 Mart 2024 16:30

BAYRAQDAR MEDİA – Sevilən müğənni Elif Buse Doğan Denizli Böyükşəhər Bələdiyyəsinin dördüncü dəfə təşkil etdiyi Böyükşəhər İstehsalçı Qadınlar Festivalında sevənləri ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bələdiyyədən məlumat verilib.

Bildirilib ki, “Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzi Özay Gönlüm Salonunda təşkil edilən konsertə Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, həyat yoldaşı Berrin Zolan, Şəhər Şurasının sədri Ali Değirmenci, Şəhər Şurası Qadınlar Şurasının sədri Bilsen Özen, qonaqlar və çox sayda qadın qatılıb. Konsertin başlaması ilə səhnəyə çıxan gənc sənətçi Elif Buse Doğan enerjisi və gözəl səsi ilə konsertə gələn qonaqlara unudulmaz anlar yaşadıb”.

Məlumata görə, “Samsak Döveci” türküsü ilə tanınan və geniş pərəstişkarı olan Elif Buse Doğan 7-dən 70-ə qədər hər kəsi coşdurub: “Konsertə gələnlər unudulmaz anlar yaşayıblar. O.Zolan uğurlu müğənni Elif Buse Doğanı belə gözəl bir festivalda qonaq etməkdən çox xoşbəxt olduqlarını bildirib və dəvəti qəbul etdiyi üçün gənc sənətçiyə, o cümlədən konsertə gələn həmvətənlərinə təşəkkür edib”.

Konsertin sonunda bələdiyyə sədri Osman Zolan Elif Buse Doğana günün xatirəsinə plaket təqdim edib.

Mission News Theme by Compete Themes.