Press "Enter" to skip to content

“V Müasir Audiovizual Baxış” Mükafatı təqdim edilib

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Martın 12-də ‘’Cinemastercard’’ Kinoteatrlar Şəbəkəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə AzerNyuMedia Şirkətinin hər həftənin şənbə və bazar günləri Real FM-də təqdim etdiyi “Cinema Radio” Kino Radio Kanalının ənənəvi “V Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya AzerNyuMedia-dan daxil olub.

Bildirilir ki, “təqdimatda çıxış edən Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin media sektorunun müdiri Türkan Cəfərova, Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis yığıncağının sədri Əli İsa Cabbarov, Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndəsi Sahil Məmmədov, Cinemastercard Kinoteatrlar Şəbəkəsi Müşahidə Şurasının sədri Zaur Darabzadə və başqaları “Cinema Radio” Kino Radio Kanalının son beş il ərzindəki fəaliyyəti, məqsəd və vəzifələri, Azərbaycan, eləcə də milli audiovizual sənətin təbliğindəki rolundan bəhs etdilər. Daha sonra “Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımov və Kanalın aparıcısı, eləcə də redaktoru RJ Yaqut səhnəyə çıxaraq “V Müasir Audiovizual Baxış” Mükafatının qalibini elan etdilər. Mükafat bu dəfə Vətən Müharibəsi mövzusunda “Mən buradayam, ilahi” tammetrajlı bədii, “Hasar” qısametrajlı bədii filminin quruluşçu rejissoru Qulu Əsgərova təqdim edildi. Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən soundtrəklər səsləndi”.

O da qeyd edilir ki, “AzerNyuMedia” Şirkətinin “Cinema Radio” Kino Radio Kanalı 2019-cu il ildə fəaliyyətə başlayıb. Kino Radio Kanalı 2019-2022-ci illərdə Avto FM-də, 2022-ci ildən isə Real FM-də yayımlanır. Kino Radio Kanalın “Müasir Audiovizual Baxış” Mükafatı 2019-cu ildən təqdim olunur. Mükafat 2019-cu ildə aktyor, rejissor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist, aparıcı Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor və ssenarist Azər Aydəmirə, 2023-cüi ildə isə rejissor, ssenarist və prodüser Emil Quliyevə təqdim edilib. “Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımov, aparıcısı və redaktoru RJ Yaqut, musiqi rəhbəri Yaşar Baxış, səs supervayzeri Samir Əsədovdur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cinema Radio” Kino Radio Kanalı hər həftənin şənbə günü günorta saat 3-də, bazar günü isə günorta saat 2-də Real FM-də yayımlanır.

Mission News Theme by Compete Themes.