Press "Enter" to skip to content

Azərbaycanın “Avroviziya 2024” üçün mahnısı təqdim ediləcək

Fahree - Fəxri İsmayılov

BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı martın 15-də Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi Youtube kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

Xəbərdə deyilir ki, “öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılovun özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər – Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib”.

O da qeyd edilir ki, “mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar”.

Mission News Theme by Compete Themes.