Press "Enter" to skip to content

“Elimizə bahar gəlir” konsert proqramı

Konsertdən görüntü

BAYRAQDAR MEDİA – Martın 13-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində “Elimizə bahar gəlir” adlı növbəti konsert keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə deyilir ki, “konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən xanəndələr Nisbət Sədrayeva, Mirələm Mirələmov, Almaxanım Əhmədli, Könül Xəlilzadə, Ariz Hüseynovun iştirakı ilə təqdim olunub. Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər”.

İzləyicilər tərəfindən böyük maraqla qarşılanan konsert həmçinin “Salam, Novruz!” sərgisində nümayiş etdirilən milli musiqi alətləri təsvir olunmuş əsərlər haqqında tematik ekskursiya ilə müşayiət olunub.

Mission News Theme by Compete Themes.