Press "Enter" to skip to content

Denizlidə maraqlı bədii proqram

Denizli Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzi

Son yeniləmə: 18 Mart 2024 08:02

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin 11 ayın sultanı Ramazan ayı üçün xüsusi olaraq hazırladığı “Böyükşəhər Bələdiyyəsi ilə Ramazan” bədii proqramları başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.

Bildirilib ki, “Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən ilk pulsuz tədbir sufi musiqi sənətçisi Mehmet Kemiksizin konserti olub”.

Məlumata əsasən, Denizli Böyükşəhər Bələdiyyəsi tərəfindən Ramazan ayı üçün xüsusi olaraq hazırlanan proqrama əsasən, martın 22-də saat 21.30-da məşhur sənətçi Fatih Erkoçun konserti olacaq: “Böyükşəhər Bələdiyyəsi Konservatoriyası Şəhər Orkestrinin “Ramazan İlahiləri” konserti martın 23-də, Eşref Ziya Terzi təsəvvüf musiqisi konserti aprelin 6-da, populyar musiqiçi Feyzullah Çələbi aprelin 7-də Ramazan proqramında səhnə alacaq”.

Mission News Theme by Compete Themes.