Press "Enter" to skip to content

Denizlidə “Er Turan”coşqusu

Konsert zamanı

Son yeniləmə: 19 Mart 2024 10:55

BAYRAQDAR MEDİA – Qazaxıstanın dünyaca məşhur musiqi qrupu Turan Etno Folk Band (Er Turan) Türkiyənin Denizli şəhərində möhtəşəm konsert verib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verilib.

Bildirilib ki, “konsertə Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, Mədəniyyət və İctimai işlər Dairə başqanı Hüdaverdi Otaklı, qonaqlar və çox sayda vətəndaş qatılıb. Konsertdən əvvəl zalı dolduran denizlililərə müraciət edən bələdiyyə sədri O.Zolan hər kəsi Ramazan ayı münasibətilə təbrik edib. Bələdiyyə sədri bir müddət əvvəl təşkil etdikləri “Er Turan” konsertinə böyük maraq olduğunu, vətəndaşların istəyi ilə dünyaca məşhur musiqi qrupunu bir daha Denizli sakinləri ilə bir araya gətirdiklərini bildirib”.

Mission News Theme by Compete Themes.