BAYRAQDAR MEDİA – Öz xeyirxah ənənəsinə sadiq qalan MÜSİAD Azərbaycan bu silsildən növbəti addım atıb. Sözügedən qurum martın 26-da Sabirabad rayonunda Ahıska türkləri və şəhid ailələrini iftar süfrəsi arxasında bir araya gətirib.

Bununla bağlı keçirilən mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Dos.Dr Cahit Bağcı, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov, millət vəkili Ramin Məmmədov, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, həmçinin qurumun İdarə Heyətinin üzvləri, Türkiyənin ölkəmizdəki səfirliyinin təmsilçiləri, ziyalılar, iş adamları iştirak edib.

Mərasimdən öncə Bakıdan gedən qonaqlar rayondakı Şəhidlər xiyabanını ziyarət edib, Rayon İcra Hakimiyyətində başçı Siracəddin Cabbarovla görüşüblər.
Qeyd edək ki, BAYRAQDAR MEDİA-nın Baş redaktorunun müavini Nadir Azərinin də iştirak etdiyi səfər və tədbir barədə geniş reportajı tezliklə oxuculara təqdim edəcəyik.