Press "Enter" to skip to content

“Muzeydə musiqi” layihəsinin növbəti konserti

Konsertdən görüntü

BAYRAQDAR MEDİA – Martın 27-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsinin növbəti konserti keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə deyilir ki, “M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsertdə xormeyster Əməkdar artisti Naala Barateliyanın rəhbərliyi altında F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, həmçinin respublika və beynəlxalq müsabiqələr laureatları – solistlər Talıb İsgəndərli (bariton), Cəlil Bəşirli (tar), Lalə Əhmədova (piano), Surə Rüfət (violin), Mehin Zalıyeva (piano), Orxan Əlizadə (tenor), Orxan Mövlan (tenor), Cəlalə İsmayılzadə (cello), Abid Çələbiyev (kamança), Əli Vəliyev (piano) Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur musiqi əsərlərini ifa ediblər. Konsert proqramı Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışı ilə davam edib. Böyük maraqla qarşılanan konsert proqramı çərçivəsində qonaqlar həmçinin “Salam, Novruz!” sərgisi ilə tanış olublar”.

Mission News Theme by Compete Themes.