Press "Enter" to skip to content

Tarixi əhəmiyyət kəsb edən növbəti siyasi proses

Melih Aydınla görüşdən xatirə

Son yeniləmə: 29 Mart 2024 13:06

Cavid Aydın: Üzvlərimizə tövsiyə edirik ki, səs verərkən yaxşı-yaxşı düşünsünlər

BAYRAQDAR MEDİA – “Türkiyə növbəti vacib, hətta mən deyərdim ki, tarixi əhəmiyyət kəsb edən siyasi proses ərəfəsindədir. Martın 31-də növbəti yerli seçkiləri keçiriləcək”.

Yeniden Refah Partisi Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Kadir Çalışıcı (ortada) və partiyanın Tepebaşı Bələdiyyəsi sədrliyinə namizədi Tacettin Sarıoğlu (solda) ilə görüşdən
Yeniden Refah Partisi Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Kadir Çalışıcı (ortada) və partiyanın Tepebaşı Bələdiyyəsi sədrliyinə namizədi Tacettin Sarıoğlu (solda) ilə görüşdən

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

Budəfki seçkilərin tarixi əhəmiyyəti bir sıra məqamlarla bağlıdır

O, qeyd edib ki, əslində Türkiyədə hər bir seçki prosesi zamanı xüsusi fəallıq hiss edilir: “Martın 31-də keçiriləcək yerli seçkilər də bu baxımdan diqqət mərkəzindədir. Lakin budəfki seçkilərin tarixi əhəmiyyəti bir sıra məqamlarla bağlıdır. Birincisi, bu seçkilər yüz yaşlı Türkiyə Cümhuriyyətində keçiriləcək yerli seçkilər kimi tarixə düşəcək. İkincisi isə ötən il keçirilən prezident və parlament seçkilərindən sonra keçirilən bu yerli seçkilər həm də ümumi bir rəy sorğusu əhəmiyyətin kəsb edəcək. O mənada ki, martın 31-də çıxacaq nəticə xalqın ötən il keçirilən seçkilərdəki mövqeyini saxlayıb-saxlamadığını ortaya çıxaracaq”.

Yerli seçkilər həm də ona görə əhəmiyyətlidir ki…

Cavid Aydın deyib ki, yerli seçkilər həm də ona görə əhəmiyyətlidir ki, bu seçkilərin nəticəsi yerlərdə məskunlaşmış diaspor təmsilçilərinin gələcək fəaliyyətinə də təsirsiz ötüşmür: “Çünki seçiləcək yerli idarəçilərin necə fəaliyyət göstərməsi həmin yerlərdəki bütün sakinlər kimi diaspor təmsilçilərinə də müsbət, yaxud mənfi təsir edir. Bu baxımdan Eskişehirin fəal diaspor qurumu olaraq rəhbərlik ediyim təşkilat seçkiqabağı prosesi diqqətlə izləyib”.

Zafer Partisinın Eskişehir Büyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Oğuz Beki (solda), Cavid Aydın və pariyanın Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Səlim Doruk (sağda)
Zafer Partisinın Eskişehir Büyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Oğuz Beki (solda), Cavid Aydın və pariyanın Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Səlim Doruk (sağda)

Müsahibimizin sözlərinə görə, bu dövrdə bır sıra məsləhətləşmə toplantıları keçiriblər: “Biz üzvlərimizlə bir sıra görüşlər, toplantılar keçirdik. Məqsəd də seçki günü daha düzgün qərar verilməsi üçün geniş məsləhətləşmələrin aparılması idi. Əlbəttə ki, biz kiməsə “bu şəxsə, yaxud, filan partiyanın namizədinə səs ver” deyə bilmərik və bundan çox uzağıq. Sadəcə üzvlərimizə tövsiyə edirik ki, səs verəkən yaxşı-yaxşı düşünsünlər”.

Namizədlər tərəfindən Eskişehir Azərbaycanlılar Dərnəyinə xüsusi maraq və diqqət hiss edilib

Cavid Aydın onu da əlavə edib ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədlər tərəfindən Eskişehir Azərbaycanlılar Dərnəyinə xüsusi maraq və diqqət hiss edilib: “Mən bunu sadəcə söz xatirinə demirəm. Görüşlərin qısa xronologiyasını diqqətinizə çatdırmaqla, bizə necə dəyər verildiyini vurğulamaq istəyirəm. Belə ki, bu müddət ərzində İYİ Partinin Eskişehir Böüykşəhər Bələdiyyəsi sədrliyinə namizədi Melih Aydın, Zafer Partisinın Eskişehir Böüykşəhər Bələdiyyəsi sədrliyinə namizədi Oğuz Beki və partiyanın Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Selim Doruk, Yeniden Refah Partisi Eskişehir Böüykşəhər Bələdiyyəsi sədrliyinə namizədi Kadir Çalışıcı və partiyanın Tepebaşı Bələdiyyəsi sədrliyinə namizədi Tacettin Sarıoğlu Dərnəyimizi ziyarət ediblər. Bu məqamda xüsusi olaraq vurğulayim ki, Kadir Çalışıcı Eskişehirin keçmiş valisidir. Azərbaycan sevdalısı və türk dünyası üçün davamlı addımlar atan Kadir bəyin vali olduğu dönəmdə bizə özəlliklə diqqət ayrılmışdı”.

Eskişehirdə Qarabağ Azərbaycan Parkı salınacaq

C.Aydın “Həmçinin, mən Melih Aydınla görüşümüzdən duyduğum məmnuniyyəti də dilə gətirmək istəyirəm. Biz M.Aydının Azərbaycanla bağlılığı, onun Azərbaycanda gördüyü işlər barədə məlumatlı idik. Amma bu görüşdə əlavə və olduqca dəyərli məlumatlar əldə etdik” deyib.

Memleket Partisi Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Salih Eskici (sağdan ikinci) və partiyanın Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Alihan Göçmen (soldan ikinci) Dərnəyi ziyarət edərkən
Memleket Partisi Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Salih Eskici (sağdan ikinci) və partiyanın Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Alihan Göçmen (soldan ikinci) Dərnəyi ziyarət edərkən

“Ən əsası isə o, qeyd etdi ki, qalib gələrsə Eskişehirdə bir Azərbaycan Qarabağ Parkı salacaq. O parkın daxilində Azərbaycan Mədəniyyət Evi, Xocalı Soyqırımı Muzeyi, yerləşəcək. M.Aydın dedi ki, o Azərbaycanda olarkən Bakıda və rayonlarda bayraq meydanlarını görüb, buna heyran qalıb. Oxşar bir meydanın da Eskişehirdə salınması üçün çalışacaq və qalib gələcəyi təqdirdə, bunu reallaşdıracaq. Bildirdi ki, Eskişehirdə Türkiyə Bayraq Meydanın salınarkən onun əhatə etdiyi ərazidə Eskişehir Azərbaycanlılar Dərnəyinin ofisi də yerləşməldir” deyə C.Aydın əlavə edib.

Kimin qalib gəlməsindən aslı olmayarq nəticələr Türkiyə üçün xeyiri-uğurlu olsun

Dərnək sədri deyib ki, “seçkiqabağı təbliğat və təşviqat dövründə, həmçinin Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə müstəqil namizəd Kasım Karakaş və Tepebaşı Bələdiyyəsi sədrliyinə müstəqil namizəd Emrah Altun, Memleket Partisi Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Salih Eskici və partiyanın Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Alihan Göçmen də Dərnəyi ziyarət ediblər”.

Sağdan sola - Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə müstəqil namizəd Kasım Karakaş, Cavid Aydın, Tepebaşı Bələdiyyəsi sədrliyinə müstəqil namizəd Emrah Altun və Dərnəyin sədr müavini Sirac Yaquboğlu
Sağdan sola – Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə müstəqil namizəd Kasım Karakaş, Cavid Aydın, Tepebaşı Bələdiyyəsi sədrliyinə müstəqil namizəd Emrah Altun və Dərnəyin sədr müavini Sirac Yaquboğlu

Qeyd edilib ki, hər bir görüş də Dərnək üçün məhsuldar oldu: “Bu namizədlərin hər biri ilə keçirilən görüşdən çıxan ümumi nəticə isə o oldu ki qalib gələcək namizəd Eskişehir Azərbaycanlılar Dərnəyi ilə davamlı təmaslarda olmaq, bizim təkliflərimizin reallaşmasına dəstək vermək niyyətindədir. Sonda onu demək istəyirm ki, kimin qalib gəlməsindən aslı olmayarq nəticələr Türkiyə üçün xeyiri-uğurlu olsun”.

Mission News Theme by Compete Themes.