Press "Enter" to skip to content

Üçüncü qrup da hökumət qurmaqdan imtina etdi

Prezidentlə görüş zamanı

Son yeniləmə: 29 Mart 2024 13:51

BAYRAQDAR MEDİA – Bolqarıstanda say tərkübinə görə parlamentdə üçüncü olan “İma takav narod” (ITN) qrupu da hökuməti qurmaqdan imtina edib.

Radio Bolqarıstan xəbər verir ki, ITN Parlament Qrupu hökuməti qurmaq səlahiyyətini Rumen Radevdən alan kimi geri qaytarıb.

İmtina sənədini dövlət başçısına ITN Parlament Qrupunun sədr müavini İvaylo Vılçev təqdim edib. O, “Doqquz ay davam edən bu iztirabın sona çatmasına sevindik” deyib.

Məlumata görə, İ.Vilçev təmsil etdiyi partiyanın Konstitusiyaya edilən lüzumsuz dəyişikliklərlə prezidentin daha da çətin duruma düşdüyünü və ITN-nin bu dəyişikliklərin əleyhinə səs verdiyini xatırladıb. Sədr müavini “Bundan sonra xalq qərar versin” deyib.

Bu arada isə Prezident Rumen Radev bütün potensial baş nazirlərlə görüşlər keçirəcəyini açıqlayıb. Söhbət keçici hökumətə rəhbrəlik edəcək baş nazirin kimliyindən gedir. Çünki parlamentdəki hər üç qrup hökuməti formalaşdırmaqdan imtina etdiyi üçün prezident növbədənkənar parlament seçkilərinin tarixini təyin etməli, həmçinin müvəqqəti baş nazir təyin etməlidir.

Çünki Konstitusiyaya bu yaxınlarda edilən əlavə və dəyişikliklərə əsasən, prezident müvəqqəti hökumətə rəhbərlik üçün Xalq Məclisinin sədri, Bolqarıstan Milli Bankının (BNB) direktoru və ya direktor müavini, Hesablama Məhkəməsinin sədri və ya sədr müavini, həmçinin Ombudsman və onun müavini arasında seçim edəcək.

Nikolay Denkov: Necə davam edəcəyimizə Bolqarıstan vətəndaşları qərar verəcək

Mission News Theme by Compete Themes.