Press "Enter" to skip to content

Dövlət TV-lərinin sayı artmaqdadır. Risk…

Osman Gündüz

BAYRAQDAR MEDİA – Aprelin 2-də ölkəmizdə DOST TV – internet televiziyası fəaliyyətə başlayıb. Bu informasiya resursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur.

Ötən ay isə ASAN TV fəaliyyətə başlayıb. Bu resurs da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsusdur.

Xeyli öncədən də Elm və Təhsil Nazirliyinin Təhsil TV kanalı fəaliyyətdədir.

İnternet TV sektorunda yeni fəaliyyətə başlayan gənclərimizi təbrik edirik, TV kanallara uğurlar arzulayırıq.

Amma burada düşündürücü məqamlar da var.

Görəsən dövlət resursları hesabına formalaşan bu tip informasiya resurslarının sayının artması hansısa risklər yaradırmı? Hökumətdə bununla bağlı araşdırmalar, düşüncələr varmı?

Düşünürəm ki, ölkənin informasiya sektorunun inkişafı, dayanıqlı informasiya mühitinin formalaşması, informasiyaya əlçatanlığın artırılması və yeni iş yerlərinin yaradılması, ümumiyyətlə milli informasiya resurslarının yaradılması baxımından bu addımlar təqdirəlayiqdir və xeyli faydalıdır.

Hazırda bizim elə internet TV kanallarımız var ki (Baku TV, APA TV və s.) onlar hətta sektorda yeni kadrların hazırlanmasında da mühüm rol oynayırlar.

Bununla belə Azərbaycanın media bazarının da yetərincə kiçik, reklam gəlirlərinin az olması, monetizasiyaya diqqət yetirilməməsi bu biznesin dayanıqlılığı üçün də risklər yaradır.

Həmçinin bizim audiovizual bazarda heç bir qeydiyyata düşməyən, heç bir vergi ödəməyən xarici kanalların da əlçatan olması digərləri üçün problemlər yaradır.
Dövlət resursları, dövlət sifarişləri kəsilən anda bu tip media qurumlarımız ciddi böhran yaşayırlar.

Fikrimcə, məhz dövlət büdcəsindən maliyyələşən, dövlət maliyyəsindən asılı olan milli informasiya resurslarının yaradılması əlavə risklər də yaradır.

Xüsusən də burada rəqabətli mühitlə bağlı, dövlət qurumunun özünü təbliğə üstünlük verməsi, özünü reklamla məşğul olması kimi amillər də var ki, bunlar yolverilməzdir.

Mission News Theme by Compete Themes.