Press "Enter" to skip to content

Posts published by “Osman Gündüz”

Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olub. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1995-ci ildən İKT sahəsində çalışır. 1997-ci ildə ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökümət təşkilatını – Multimedia Mərkəzini təsis edib. 2001-ci ildən Azərbaycan İnternet Forumuna rəhbərlik edir. 1998-ci ildə ölkədə ilk milli multimedia məhsulunu hazırlayıb və digər çoxsaylı İT layihələrə rəhbərlik edib. İKT sahəsində bir neçə kitabın müəllifidir. İKT, media və digər sahələrdə qanunların hazırlanmasında iştirak edib. 2007-cı ildən ölkədə ilk dəfə olaraq İnternet jurnalistika fənnini ali təhsil ocaqlarında tədris etməyə başlayıb. Hazırda BDU-da Yeni media fənnini tədris edir. 2008-ci ildən xeberler.az texnoloji xəbərlər portalının təsisçisi və baş redaktorudur. 2010-2011 ci illərdə ABŞ-ın Oklahoma Dövlət Universitetində Yeni Media texnologiyaları ilə bağlı təhsil alıb və təcrübə mübadiləsində iştirak edib. 2013-cü ildən VXSİ üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın və AzTU-da fəaliyyət göstərən İctimai Şuranın sədridir. 2021-ci ildən KOBİA yanında Ekspertlər Şurasının, AzTV Bədii Şurasının və NRYTN yanında
İctimai Şuranın üzvüdür. Rəqəmsallaşma və elektrom hökumət quruculuğu, informasiya açıqlığı və yeni media, İKT və internet sahəsində araşdırmalarla məşğuldur.

Mission News Theme by Compete Themes.