Press "Enter" to skip to content

Avropa Komissiyasının Prezidenti İlham Əliyevə zəng edib

Ursula fon der Layen və İlham Əliyev

BAYRAQDAR MEDİA – Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Prezidentin Mətbuat Xidməti yayıb.

Bildirilir ki, telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

O da qeyd edilir ki, söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa Birliyi arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Avropa Komissiyasının Prezidenti Avropa Birliyinin humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb.

“Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib”, – deyə xəbərdə bildirilir.

İlham Əliyevdən Entoni Blinkenə insan haqları ilə bağlı irad

Mission News Theme by Compete Themes.