Press "Enter" to skip to content

Azərbaycanın “Avroviziya – 2024” şərhçisi o olacaq

Nurlana Cəfərova

BAYRAQDAR MEDİA – “Avroviziya – 2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İctimai TV-dən daxil olub.

Bildirilir ki, “İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək”.

Xəbərdə xatırladılır ki, “İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya – 2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də olacaq. Püşkatma nəticəsində Azərbaycan 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov – Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcək”.

Mission News Theme by Compete Themes.