BAYRAQDAR MEDİA – Dövlət Arxivinin Şirvan filialında “Azərbaycan dilindən düzgün istifadə: ana dili və arxiv” mövzusunda tədbir keçirilib.
Xəbəri aprelin 6-da Milli Arxiv İdarəsi yayıb.
Bildirilir ki, “tədbirdə filialın metodiki tabeliyində fəaliyyət göstərən Hacıqabul, Saatlı, Sabirabad rayon dövlət arxivlərinin müdirləri və filialın əməkdaşları iştirak ediblər”.
Qeyd olunur ki, filialın direktoru Nəsibə Məmmədova açılış çıxışında Azərbaycan dilinin dövlətin rəsmi dili kimi qrammatik, orfoqrafik, orfoepik qaydalarının ümumi şəkildə qorunması və həmin tələblərə uyğun istifadə edilməsi haqqında məlumat verib.
“N.Məmmədova bildirib ki, keçən əsrə aid olan arxiv sənədlərinin qeyri-dövlət dilində olmasına baxmayaraq filial həmin sənədlərin istifadəsi zamanı yuxarıda qeyd edilən tələblərin qorunmasına xüsusi həssaslıqla yanaşır”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, tədbirdə Hacıqabul Rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev qloballaşma şəraitində Azərbaycan dilinə olan yad təsirlərdən danışıb.
Tədbirin ardından iştirakçılar “2024 – Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiyaya qoşularaq qurumun həyətində ağac əkiblər.






