Press "Enter" to skip to content

“Dayanıqlı gələcək üçün maarifləndirmə” görüşü

Görüş iştirakçıları

BAYRAQDAR MEDİA – Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “şagirdlərin fəal iştirak etdiyi görüşdə Nazirliyin əməkdaşları tərəfindən onlara kiçik yaşlarından ekoloji biliklərə sahib olmalarının vacibliyi, ətraf mühitin mühafizəsində uşaqların rolu, tullantıların düzgün çeşidlənməsi, təkrar emalın əhəmiyyəti, ölkəmizin zəngin biomüxtəlifliyi və s. mövzularda məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara ətraf mühit sahəsində müxtəlif dərsdənkənar vəsaitlər hədiyyə olunub”.

Mission News Theme by Compete Themes.