Press "Enter" to skip to content

Farabi Film Festivalı başlayır

Son yeniləmə: 6 Aprel 2024 13:43

BAYRAQDAR MEDİA – Əl-Farabi adına Qazax Milli Universitetinin 90 illik yubiley tədbirləri çərçivəsində 29-30 aprel tarixlərində türk dünyası ölkələrinin kino və media fakultələrinin tələbələri üçün Farabi Film Festivalı keçiriləcək.

Kirim Haber Ajansı bildirir ki, Festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə keçiriləcək.

TÜRKSOY-un yaydığı açıqlamada Farabi Film Festivalı ilə bağlı ətraflı məlumat və müraciət forması paylaşılıb.

Mission News Theme by Compete Themes.