Press "Enter" to skip to content

Gec-tez Turan ordusu yaradılmalıdır

Emin Həsənli

Son yeniləmə: 8 Aprel 2024 14:04

Emin Həsənli: Hesab edirəm ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylər göstərməliyik

BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq arenada izlənilən ən mühüm təşkilatlardan biri kimi diqqət mərkəzindədir. Bu təşkilatın yaranması və yeni inkişaf mərhələsinə qədəm qoyması türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Bildirilib ki, TDT çərçivəsində siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq dərinləşməlidir: “Eyni zamanda təbii ki, əməkdaşlıq hərbi sahədə də dərinləşməlidir. Məlum olduğu kimi Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüsək səviyyədədir. Digər TDT dövlətləri də buna qoşulmalıdır”.

Təhlükə qapıdadır

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “TDT-yə üzv ölkələrədə meydana gələ biləəck hər hansı təhlükəyə qarşı dura biləcək sülhməramlı qüvvənin yaranmasına, həmçinin müdafiə qüvvələrinə ehtiyac vardır” deyib.

Öz növbəsində həmin fikrə münasibət bildirən E.Həsənli birgə addımların atılmaısnın vacib olduğunu bəyan edib: “Mən də o təkilif dəstəkləyirəm ki, hansısa formda birgə təlimlər keçirilməlidir. Fəaliyyət koordinasiya olunmalıdr. Amma gec-tez Turan ordusu yaradılmalıdır. TDT-nin vahid ordusu mütləq olmalıdır. Bu istiqamətdə zəruri addımlar atılmalıdr və hesab ediərm ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylər göstərməliyik”.

Mission News Theme by Compete Themes.