Press "Enter" to skip to content

“Qərbi Azərbaycana qayıdış” olimpiadası

Qərbi Azərbaycana qayıdış

Son yeniləmə: 19 Aprel 2024 12:43

BAYRAQDAR MEDİA – Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil olunacaq.

Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvanda keçiriləcək”.

Daha sonra xəbərdə bildirilir ki, “bundan əlavə, şagirdlərin bilik və bacarıqlarının artırılması, eləcə də olimpiadaya hazırlıqla bağlı tövsiyə edilən materiallar barədə məlumatlar ümumi təhsil müəssisələrinə göndəriləcək”.

Qeyd edək ki, olimpiada ETN, Naxçıvan Təhsil Nazirliyi, Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.