Press "Enter" to skip to content

Londanda Azərbaycan rəqsi

Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib

Son yeniləmə: 22 Aprel 2024 10:46

BAYRAQDAR MEDİA – London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş festival təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər. Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib. Onun nümayiş etdirdiyi “Tərəkəmə” milli rəqsi minlərlə tamaşaçı tərəfindən böyük coşqu ilə qarşılanıb”.

Məlumata görə, tədbiri işıqlandıran Britaniya mediası Azərbaycan milli geyimində rəqs edən Səkinə Muxtarlının fotosunu festivalla bağlı xəbərin manşet fotosu kimi təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.