Press "Enter" to skip to content

Mərkəz ansamblının müşayiəti ilə konsert

Konsert zamanı

BAYRAQDAR MEDİA – Aprelin 24-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə qeyd olunur ki, “konsert Beynəlxalq Muğam Mərkəzinin ansamblının müşayiəti altında respublikanın tanınmış incəsənət ustaları – Əməkdar artist Səbuhi İbayev, xanəndələr – Vəfa Vəzirova, Hüseyn Məlikov, Kamilə Nəbiyeva, Elsevər Muradov, Mirəli Mirizadənin ifasında olub. Konsertdə ifaçılar tərəfindən milli musiqilər səsləndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.