Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcmasından ABŞ-nin Dövlət Departamentinə etiraz

Qərbi Azərbaycan İcması. Bakı

BAYRAQDAR MEDİA – Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti insan hüquqlarına dair növbəti ölkə hesabatlarını dərc etmişdir. Əvvəla qeyd edək ki, ABŞ konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-nin bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, “ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin, Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur”.

“Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət Departamentinin insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədləri üçün sui-isifadə etməsini və Azərbaycana və azərbaycanlılara qarşı yol verdiyi ayrı-seçkliyi və qərəzi qınayır. İcma ABŞ-ni bir daha Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır” deyə sonda vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.