Press "Enter" to skip to content

“Avroviziya – 2024” üçün Azərbaycan mahnısı – VİDEO

İTV

BAYRAQDAR MEDİA – “Avroviziya – 2024” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək FAHREE və İlkin Dövlətovun ifasında “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib.

Xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən daxil olub.

Bildirilir ki, “klipdə sevgi vasitəsilə qaranlıqdan qurtulmuş, sevginin gücü ilə ətrafa nur saçan insanın (FAHREE) və onun səsi ilə sədalaşan Kainatın, Həyatın (İlkin Dövlətov) səsinin birləşməsi təsvir olunur. Mahnıdakı müasir musiqi və ənənəvi muğamın sintezi insanın və dünyanın sevgi vasitəsilə birləşməsinin metaforası kimi təqdim olunur. Avroviziyanın rəsmi Youtube hesabında təqdim olunan bu musiqili video həm də təmsilçilərimizin İsveçin Malmö şəhərində 7 may tarixində səhnədə göstərəcəyi performansın birinci hissəsidir. Mahnının ötürdüyü “yalnız sevgi olan yerdə həyat var”, “sevməyi bacaran insan Kainatın, bəşəriyyətin, təbiətin, əcdadlarının səsini duymağa qadirdir” mesajı klipin süjetində də, səhnə quruluşunda da əksini tapır. Klip Azərbaycanın tarixi və mədəni irsi olan Qobustanda çəkilib. Klipin rejissoru, ukraynalı Yevgeni Timoxin daha öncə də Azərbaycanda işləyib. O, İctimai Televiziyada yayımlanan “Maska” verilişinin musiqili səhnələrinin quruluşçu rejissoru olub. Qeyd edək ki, Yevgeni Timoxin bu klipin çəkiliş heyətində yeganə xarici peşəkardır. Klipin ərsəyə gəlməsində iştirak edən komanda tam olaraq yerli mütəxəssislərdən ibarətdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.