Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcmasından beynəlxalq ictimaiyyətə çağırış

Qərbi Azərbaycan İcması. Bakı

Son yeniləmə: 6 May 2024 09:43

İcma Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb. Lakin Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücü ilə çalışırlar”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

İcmadan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bəyanatda daha sonra bildirilir: “Çox narahatlıq doğuran haldır ki, həmin proseslərdə Erməni Qriqorian Kilsəsinin dini xadimləri fəal rol alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər. Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi günlərdə Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir”.

Bəyanat aşağıdakı sözlərlə tamamlanır: “Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqorian Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.