Press "Enter" to skip to content

PAU-da 13-cü Teatr Festivalı

Festival 6-12 may 2024-cü il tarixləri arasında keçiriləcək

Son yeniləmə: 7 May 2024 15:49

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərindəki Pamukkale Universiteti (PAU) 13-cü Teatr Festivalı başlayıb. Univeristetin Sağlamlıq, Mədəniyyət və İdman İdarəsi Teatr Qrupunun hazırladığı və PAU-nun ev sahibliyi etdiyi festival Denizli Valiliyinin qarşısından Denizli Böyükşəhər Bələdiyyəsi orkestrin müşayəti və universitet tələbələrinin gedişi ilə başlayıb.

Məlumatı denizli24haber.com saytı yayıb.

Bildirilib ki, “festivalın ilk günü Hasan Kasapoğlu Konqres və Mədəniyyət Mərkəzində PAU Hayal Perdesi Aktyorlarının səhnələşdirdiyi “Aynanın Arkanısı” adlı teatr oyunu və günün sonunda isə “Gülməli pul” adlı tamaşa ilə yekunlaşıb. 6-12 may 2024-cü il tarixləri arasında keçiriləcək 13-cü Teatr Festivalı zamanı müxtəlif universitetlərin teatr kollektivləri tərəfindən səhnələşdiriləcək teatr tamaşaları ilə yanaşı, konsertlər, seminarlar və müsahibələr də keçiriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.