Press "Enter" to skip to content

“RumiPulse” peşəkar komandası ilə beynəlxalq sağlamlıq xidmətləri göstərir

Dr. Asena Paran

Dr. Asena Paran: “RumiPulse” xəstələr üçün sağlamlıqlarını bərpa etmək prosesində səyahət, yaşayış, xəstəxana və həkim qəbulu kimi ehtiyac duyduğu bütün xidmətləri təhlükəsiz şəkildə təmin edir

BAYRAQDAR MEDİA –Xəbər verildiyi kimi bir müddət öncə Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi keçirildi. Azərbaycan ictimaiyyəti sərgiyə gəlməklə Türkiyənin 50 aparıcı xəstəxanasının ixtisaslı həkimləri ilə tanış ola, bu xəstəxanaların təklif etdiyi imkanlar barədə məlumat ala bildilər.

Türkiyənin 50 aparıcı xəstəxanasının ixtisaslı həkimləri Bakıda

Biz də BAYRAQDAR MEDİA olaraq həmin sərgiyə qatılan bir sıra şəxslərlə həmsöhbət olduq. Onlardan biri də Türkiyənin nüfuzlu şirkətlərinin daxil olduğu ABK Holding şirkətlərindən biri olaraq sağlamlıq turizminin təmsilçisi “RumiPulse”nin xəstələr üzrə koordinatoru Dr. Asena Parandır.

BAQYRAQDAR MEDİA-ya özəl açıqlamasında Dr. Asena Paran dedi ki, “RumiPulse” peşəkar komandası ilə beynəlxalq sağlamlıq xidmətləri göstərir və Türkiyədəki yüksək səviyyəli səhiyyə xidmətlərini dünyaya tanıdır: “Komandamıza daxil etdiyimiz peşəkar sağlamlıq turizmi heyəti ilə uzun illər turizm sahəsində əldə etdiyimiz təcrübəni maksimuma çatdırmaqdan qürur duyuruq. Biz Türkiyədə müalicə almaq istəyən xarici ölkələrdən olan xəstələr üçün 16 tibbi xidmətin geniş çeşidini təklif edirik. Biz ən yaxşı xəstəxanalar və mütəxəssis həkimlərlə tərəfdaşlığımız vasitəsilə xəstələrimizin ehtiyaclarını prioritetləşdirmək və onların məmnuniyyətini təmin etmək əzmindəyik”.

Müsahibimiz əlavə etdi ki, “RumiPulse” xəstələr üçün sağlamlıqlarını bərpa etmək prosesində səyahət, yaşayış, xəstəxana və həkim qəbulu kimi ehtiyac duyduğu bütün xidmətləri təhlükəsiz şəkildə təmin edir.

Azərbaycanla əlaqələrə gəlincə, Dr. Asena Paran bunları dedi: “Azərbaycan zatən bizim qardaşımızdır. Biz eyni kökdən, eyni dedin və dilin daşıyıcı olan ölkələrik. Ona görə də biz burada özümüzü çox rahat öz evimizdəki kimi hiss edirik. Bizim klinikamız İstanbuldadır burdan müalicə almaq üçün bizə müraciət eləyənləri biz ora ora aparırıq. Əminik ki, bu sərgidən sonra da bizimlə əməkdaşlıq etmək istəyən qurumların,eyni zamanda bizə müalicə üçün müraciət etmək istəyən insanların sayı artacaq. Yəni inşallah qardaşlarımıza da faydamız olarsa çox sevinərik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.