BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Tikantəpə (Tikab) mahalında olan tarixi Rəşidəddin qala və hamamı dağılmaq üzrədir.
Bu barədə xəbəri GünAz.TV yayıb.
Xəbərdə deyilir ki, “Əfşar elinin xanına məxsus 300 illik abidənin incəsənət nümunəsi sayılan pannosunun və başqa nadir bəzəklərinin silinməsinə baxmayaraq İranın Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi hər hansı tədbir görməyə tələsmir. 3 min 960 kvadrat metr sahədə və iki bölmədən ibarət olan, 2015-ci ildə tarixi əsərlər siyahısına salınan tarixi abidənin hazırda 80 faizi dağılıb”.
Vurğulanıb ki, “bundan əvvəl tarixi abidə bir müddət İran İnqilab Keşikçiləri Korpusunun qərargahına çevrilib. SEPAH tarixi qala və hamamı yararsız vəziyyətə saldıqdan sonra tikilini tərk edərək onu Qızıl Aypara Cəmiyyətinin nəzarətinə verib”.