Press "Enter" to skip to content

İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Oktyabrın 13-də İsveçrənin Bazel şəhərində Müqəddəs Ruh kilsəsindəAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə orqan musiqisi konserti keçiriləcəkdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərlərisəsləndiriləcəkdir. Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatıMədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayevaçıxış edəcəkdir”.
Məlumatda daha sonra deyilir: “Son 30 ildə hər il Müqəddəs Ruh kilsəsində Piano-Orqan musiqi festivalı (KlavierOrgel Festival) təşkil olunur və çoxsaylı musiqisevərlər bu məkana toplaşır. Sənətçilərimizin konserti haqqında yerli mətbuatda və kilsənin internet səhifəsində məlumat yerləşdirilib”.

Mission News Theme by Compete Themes.