BAYRAQDAR MEDİA – Qırğızıstanda noyabrın 17-də yerli seçkilər keçirilib.
Kırım Haber Ajansının məlumatına görə, yerli qanunvericilik orqanlarına nümayəndələrin seçilməsi üçün ölkə üzrə 33 şəhər və 231 rayonda 2437 seçki qutusu yaradılıb: “39 siyasi partiyanın qatıldığı seçkidə 993 şəhər şurası üzvlüyünə 5 min 125 namizəd, 5 min 394 rayon və kənd şurası üzvlüyünə isə 10 min 439 namizəd mübarizə aparıb”.
Qırğızıstanda keçirilən yerli seçkilərə Türkiyə də daxil olmaqla 10-dan çox ölkədən 50-dən çox müşahidəçi qatılıb.
Bundan başqa, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurum və təşkilatlar da müşahidəçi göndərib.
Yekun nəticələri Qırğızıstan Mərkəzi Seçki Komissiyası 2024-cü il dekabrın 8-də elan edəcək.