Press "Enter" to skip to content

11 vilayətdə qarğıdalı əkilməsi qadağan edilib

Qarğıdalı

BAYRAQDAR MEDİA – Türkiyədə 2025-ci ildən etibarən Ankara, Aksaray, Eskişehir, Hatay, Kırşehir, Karaman, Konya, Nevşehir, Niğde, Şanlıurfa və Mardin vilayətlərində qarğıdalı əkilməsi qadağan ediləcək.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “bu mühüm tənzimləmə “kənd təsərrüfatının yeraltı sularının məhdudlaşdırılması” səbəbiylə qəbul edilib və 14 sentyabr 2023-cü il tarixli Resmi Gazetedə dərc olunan Kənd Təsərrüfatı İstehsalının Planlaşdırılması haqqında Əsasnamə ilə rəsmiləşib. Kənd Təsərrüfatı və Meşə Nazirliyi 2025-ci ildən etibarən bu vilayətlərdə qarğıdalı becərilməsinin dayandırılacağını açıqlayıb. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər bu tarixdən sonra qarğıdalı əkinindən imtina etməli olacaqlar”.

Məlumata əsasən, bu qadağanın, xüsusilə su istehlakı yüksək olan qarğıdalı əvəz etmək üçün alternativ bitkilərin əkilməsini təşviq edəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.