Press "Enter" to skip to content

 Naxçıvanda “Araz”ın yeni mağazası istifadəyə verilib

BAYRAQDAR MEDİA – “Araz” supermarketlər şəbəkəsinin Naxçıvan mağazası fəaliyyətə başlayıb. noyabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhəri Nəsrəddin Tusi 11 küçəsində istifadəyə verilən yeni supermarketlə tanış olub”.

Bu barədə BAYRAQDAR MEDİA-ya nümayəndəlikdən məlumat verilib.

Xəbərdə deyilir: “Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov məlumat verib ki, 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda “Araz” və “OBA” marketlər şəbəkələrinin 13 mağazasını istifadəyə verib. Bununla da Naxçıvanda 150 yeni iş yeri açılıb. Yeni istifadəyə verilən “Araz” supermarketində müasir alış-veriş standartları və keyfiyyətli xidmət şəraiti yaradılıb. Burada yerli fermerlərin istehsal etdikləri məhsulların satışına da üstünlük verilir”.

Məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək təbriklərini çatdırıb.

Mission News Theme by Compete Themes.