Press "Enter" to skip to content

Qazaxıstanda 41 nəfər qar uçqunundan xilas edilib – VİDEO

Xilasetmə zamanı

Onlar arasında Azərbaycan vətəndaşı da var

BAYRAQDAR MEDİA – Qazaxıstanın Jetisu rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 41 nəfəri qar uçqunundan xilas ediblər.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən ktk.kz saytı məlumat verilib.

Bildirilib ki, “dekabrın 17-də Üşaral-Dostıq avtomobil yolunun İrqaytı hissəsində hava şəraitinin pisləşməsi və güclü qarın yağması nəticəsində 30 yük maşını və 1 minik avtomobili qar uçqunu altında qalıb. Xilasedicilər dərhal insanlara kömək etməyə gediblər”.

Məlumata görə, hadisə yerinə gələn idarənin Vaxtovka üzrə xilasediciləri və “Trekol” markalı avtomaşın 41 nəfəri Köktümə kəndinə çatdırıblar: “Onların tibbi yardıma ehtiyacı olmayıb. Xilas edilənlər arasında Belarus, Çin, Azərbaycan və Rusiya Federasiyasından olan 28 xarici vətəndaşı da var”.

 

Mission News Theme by Compete Themes.