BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) dekabrın 23-də daha bir tədbirə təşkilatçılıq edəcək.
Bu barədə ATİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilib.
Bildirilib ki, “Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) iki qardaş ölkənin nümayəndələri olan üzvlərinin iqtisadi və sosial sahədə həyata keçirilmiş islahatlar, müvafiq qanunvericilik aktlarında dəyişikliklər barədə məlumatlılığını artırmaq, habelə onların fəaliyyətinə ölkənin inkişaf prioritetlərinə uyğun dəstək vermək məqsədi ilə vaxtaşırı müxtəlif mövzularda tədbirlər həyata keçirir”.
Qeyd edilən tədbirlərin davamı olaraq dekbaırn 23-də Hilton Hotelinin “Sevda” zalında “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçiriləcək”.
Məlumata görə, konfransın ardından ATİB İdarə Heyətinin İllik Ümumi Yığıncağı keçiriləcək.





