Press "Enter" to skip to content

“Qərbi Azərbaycan manifesti gəncliyin gözü ilə”

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Gənclər Mərkəzi İctimai Birliyi “Qərbi Azərbaycan manifesti gəncliyin gözü ilə” adlı layihə həyata keçirir. Layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində reallaşdırılır.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “Xaçmaz rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib. O, vurğulayıb ki, layihənin müddəti 3 aydır. Əsas məqsəd Qərbi Azərbaycanla bağlı həqiqətləri, tarixi şəxsiyyətləri, qədim mədəni irs abidələri və hüquqi faktları sənədli film, bukletlər, kitabçalar, tədbirlərin keçirilməsi və xüsusi geyimlər vasitəsilə daha çox böyük kütləyə çatdırmaq, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etməkdən ibarətdir”.

Məlumata görə, tədbirdə Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin Xaçmaz rayon üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyinin elmi işçisi Xumar Əsədova, könüllü fəal gənc Yusif Məmmədli çıxış ediblər: “Natiqlər Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin əhəmiyyətindən bəhs ediblər. Tədbirdə layihə çərçivəsində hazırlanan sənədli film nümayiş olundu, bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylanıb. Tədbirin sonunda layihə çərçivəsində hazırlanan “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı film iştirakşılara nümayiş olunub”.

Mission News Theme by Compete Themes.