BAYRAQDAR MEDİA – Dekabrın 26-sı saat 15:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Şərur Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.