BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Bildirilib ki, “Bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb”.