Press "Enter" to skip to content

İran 31 qadını dar ağacından asdı

BAYRAQDAR MEDİA – İran İnsan Haqları Təşkilatının son hesabatı göstərir ki, 2024-cü ildə İranda edam edilən qadınların sayı son 17 ilin ən yüksək göstəricisidir.

Xəbəri “Azad İran” Telegram kanalı BBC-yə istinadla yayımlayıb.

Məlumata əsasən, “Qadın, Həyat, Azadlıq” etiraz aksiyalarından iki il sonra edam nisbəti ən yüksək göstərici hesab edilib və bildirilib ki, 2024-cü ildə 31 qadın dar ağacından asılıb. İranda naməlum sayda qadın hələ də ölüm hökmündədir və İslam Respublikasında qadınların edam edilməsi hökmün qəddar və qeyri-insani aspektlərini göstərməklə yanaşı, ədliyyə-məhkəmə sistemində gender ayrı-seçkiliyinin dərinliyini də ortaya qoyur.

Mission News Theme by Compete Themes.