BAYRAQDAR MEDİA – 2024-cü ilin dekabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 053 nəfər olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “onların 111 min 251 nəfəri yaşa, 14 min 258 nəfəri əlilliyə, 21 min 544 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb”.