Press "Enter" to skip to content

203 mindən çox şəxsə peşəyönümü xidmətlər göstərilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ötən il ərzində 396,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, “onlardan 160 min şəxs münasib işlərlə təmin olunub, 17,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 2024-cü ildə 15,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub. Ötən il Agentlik tərəfindən 203,8 min şəxsə peşəyönümü xidmətlər də göstərilib.

Mission News Theme by Compete Themes.