Press "Enter" to skip to content

“Biznes akademiyası” layihəsinə başlanılır

İmzalanma mərasimi

BAYRAQDAR MEDİA – “Bakı KOB evi” və “Miniboss” biznes məktəbi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan bildirilib.

Məlumata görə, sənəddə “Bakı KOB evi”nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzinin imkanlarından istifadə, “Biznes akademiyası” layihəsi çərçivəsində uşaqların biznes sahəsində biliklərinin artırılması və maliyyə savadlığına dair təlimlərin keçirilməsi nəzərdə tutulur: “Qeyd edək ki, “Biznes akademiyası” layihəsi 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulur. Layihə çərçivəsində onlar üçün hər şənbə günü Startap İnkişaf Mərkəzində peşəkar mütəxəssislər tərəfindən biznes təlimlər keçiriləcək. İki ay davam edəcək akademiyada uşaqlar biznesə dair əsas anlayışlar barədə məlumatlandırılacaq, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdiriləcək, komanda şəklində startap layihələri üzərində işləyəcəklər. Proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcəkdir”.

Mission News Theme by Compete Themes.