BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Şahnamə” tamaşasının məşqlərinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Sözügedən Teatrın direktoru Naidə İsmayılzadə, əsərin müəllifi İlqar Fəhmi tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə müvəffəqiyyətlər arzu edib. “Şahnamə”nin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkar Azər Hacıələsgərli, rejissor Səbinə Məmmədzadə, rejissor assistenti Fuad Cavadzadədir”.
Sonra xəbərdə, “tamaşada Xalq artisti Qurban İsmayılov, N.Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfərov, aktyorlar Mirsənan Kazımlı, Mətləb Abuşov, Bəhram Həsənov, Niyaz Qasımov, Kərəm Hadızadə, Aydın Dəmirov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli, S.Məmmədzadə, Xalidə Əlməmmədova iştirak edirlər” deyə bildirilir.
Dördhissəli tarixi-psixoloji dram olan “Şahnamə” tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.