Press "Enter" to skip to content

“Yanğını onlar törədir…”

Gökbörülər. Solda Vüsalə Əliyeva

Türkiyədə yaşayan azərbaycanlı ekspertdən maraqlı versiya

BAYRAQDAR MEDİA – ABŞ-nin Kaliforniya ştatında başlanmış güclü yanğını hələ də lokallaşdırmaq mümkün olmur. Maraqlıdır ki, dünyanın super gücü olan bir ölkənin fövqəladə hallar qüvvələri sanki yanğının əlində aciz qalıb.

Türkiyədə yaşayan fövqəladə hallar üzrə azərbaycanlı ekspert, Gökbörü Axtarış-Qurtarma Təcili Yardım Dərnəyi Xilasedici Qrupunun üzvü Vüsalə Əliyeva yanğınla bağlı maraqlı versiyalar səsləndirib.

“İlkin versiyalarda yanğınların beş fərqli nöqtədən başlandığını, qığılcımın elektrik dirəklərindən çıxdığını söyləyirlər. Yanğınların bilərəkdən törədildiyi bildirilir. Bu yanğını təbiətin şıltaqlığı olaraq düşünmək yanlışdır. Beş fərqli yerdən yanğın çıxa bilməz. Yanğının gec söndürülməsi, miqyasının bilərəkdən böyüdülməsi də düşündürücü məqamdır”, – deyə o, bildirib.

Vüsalə Əliyeva bu miqyasda yanğınların qlobalistlərin işi ola biləcəyi ilə bağlı versiyaya da diqqət çəkir: “Dünyanı tək əldən idarə etmək istəyən güclər artıq hakimiyyətin başqa bir səviyyəsinə keçmək niyyətindədirlər. Onlar insanları kölələşdirmək istəyirlər. Çox təəssüf ki, Türkiyəni də pilot ölkə olaraq seçiblər. Ağıllı şəhər adı altında istəyirlər ki, insanların azad səyahət hüquqlarını məhdudlaşdırsınlar. Yanğının miqyasını da böyük göstərirlər ki, fəlakət qapıdadır, insanlıq təhlükədədir. Dünyanı müharibələr, yanğınlar bürüyüb. İnsanlığı fəlakətə sürükləmək istəyi üzündən çıxır bu savaşlar, yanğınlar. Müharibələri dayandırmırlar, lakin karbon emissiyasının azaldılmasından danışırlar”.

Azərbaycanlı ekspert deyib ki, rəqəmsal pula keçid də bununla bağlıdır: “Artıq bundan danışırlar ki, “yanğınlarda insanlara milyardlarla dollar ziyan dəyib. Sığorta şirkətləri bu ziyanı qarşılaya bilmir, gəlin rəqəmsal pula keçək”. Ardından da deyəcəklər ki, yanğından sonra yoluxucu xəstəliklər yayılıb. Yenə bir pandemiya uydurub insanları canından bezdirməyə çalışacaqlar”.

Mission News Theme by Compete Themes.