BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb. Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub”.