Press "Enter" to skip to content

Azərbaycan Prezidenti ilə Türkiyə Cümhurbaşqanı arasında danışıq

İlham Əliyev və Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, İlham Əliyev Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Recep Tayyip Erdoğana dərin hüznlə başsağlığı verib: “O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb”.

Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Cümhurbaşqanına başsağlığı məktubu göndərdiyini də qeyd edib.

Recep Tayyip Erdoğan diqqətə və başsağlığına görə minnətdarlıq edib və bildirib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadır, bundan sonra da həmişə belə olacaq.

Danışıq əsnasında dövlət başçılarının ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi apardığı da bildirilir.

Mission News Theme by Compete Themes.