BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində təxminən 200 m2 sahədə məişət və təkər tullantıları yanıb”.