BAYRAQDAR MEDİA – Fevralın 3-ü saat 11:00-da Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin ekspozisiyasındakı Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi, həmçinin konservasiyasına həsr olunmuş layihənin təqdimatı olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “təqdimat layihənin icrası üçün Böyük Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılacaq. R.Fezerstoun 2001-2008-ci illərdə Vindzor sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasının rəhbəri, 2008-2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışıb”.